Şeydayevin yeni klubu bəlli oldu

Şeydayevin yeni klubu bəlli oldu
  11 Fevral 2017    Oxunub:1865
Azərbaycan millisinin üzvü, "Trabzonspor"un futbolçusu Ramil Şeydayev "Jilina"ya keçib.
AzVision.az xəbər verir ki, Şeydayev 2018-ci ilin iyununa kimi icarə əsasında "Jilina"nın uğurları üçün çalışacaq.

Millimizin üzvü bildirib ki, bu kluba keçdiyi üçün özünü xoşbəxt hiss edir və cari mövsümdə hücumçu kimi çoxlu qol vurmağı arzulayır.

Hücumçu mütəmadi olaraq şans qazanacağına inandığını qeyd edib.

Qeyd edək ki, 21 yaşlı hücumçu gələn həftənin əvvəllərində tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti