Türkiyədə referendumun vaxtı məlum oldu
Referendum qutularının yanında 10 siyasi partiyanın təmsilçisi müşahidə aparacaq deyən Sadi Güvən bildirib ki, seçici siyahısı fevralın 18-dək tamamlanacaq.
Qeyd edək ki, bundan öncə Türkiyə baş nazirinin köməkçisi Numan Kurtulmuş da referendumun böyük ehtimalla aprelin 16-da keçiriləcəyini bildirib.
Xatırladaq ki, referendum qəbul olunacağı təqdirdə, millət vəkillərinin sayı 550-dən 600-dək artırılacaq, parlament üzvü seçilmək yaşı 25-dən 18-ə endiriləcək.
Parlament və prezident seçkiləri beş ildən bir eyni gündə keçiriləcək. Qanun ümumilikdə Türkiyədə idarəetmə formasının dəyişdirilməsini və prezident idarəçiliyinin tətbiqini nəzərdə tutur.
AzVision.az