Bir həftədə 232 İŞİD-çi öldürülüb

Bir həftədə 232 İŞİD-çi öldürülüb
  11 Fevral 2017    Oxunub:1737
Son bir həftə ərzində Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Fırat kalkanı” (“Fərat qalxanı”) əməliyyatı çərçivəsində terrorçu İŞİD qruplaşmasının 228 terrorçu üzvü zərərsizləşdirilib.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, koalisiya qüvvələrinə məxsus qırıcı təyyarələr xüsusən Əl-Bab bölgəsində İŞİD mövqelərinə hava hücumu həyata keçirib. Hava zərbələri nəticəsində həmçinin PKK və PYD-nin 5 terrorçusu məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti