Vətəndaşlar güzəştli kreditlərdən narazıdır

Vətəndaşlar güzəştli kreditlərdən narazıdır
  23 Avqust 2013    Oxunub:955
İqtisadi inkişaf naziri Şahin Mustafayev avqustun 23-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib.
Nazir İsmayıllı, Qobustan, Şamaxı və Ağsu rayonlarından olan 50-ə yaxın sakinin müraciətini dinləyib.

Qəbula gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı istəklərini bildiriblər.

Görüş zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verib.

Bir sıra vətəndaşların müraciətləri yerindəcə həll edilib. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Teqlər:





Xəbər lenti