BMT-nin baş katibi Ərdoğanla görüşüb

BMT-nin baş katibi Ərdoğanla görüşüb
  12 Fevral 2017    Oxunub:1453
Türkiyədə səfərdə olan BMT-nin baş katibi Antoniu Quterriş Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşüb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Suriya və İraqdakı vəziyyət, habelə Kipr məsələsi müzakirə edilib.

Antoniu Quterriş Rusiya ilə birgə Astanada Suriyaya dair konfransın keçirilməsinə görə, Türkiyə prezidentinə təşəkkürünü bildirib.

Suriyada terror və ekstremizmlə mübarizənin vacibliyini qeyd edən baş katib xalqın dəstəkləyəcəyi siyasi qərar olmadan bu səylərin uğursuz olacağını vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti