Prezident seçkiləri başa çatdı - Yenilənib

Prezident seçkiləri başa çatdı - Yenilənib
  12 Fevral 2017    Oxunub:3452
Türkmənistanda keçirilən prezident seçkiləri başa çatıb.

Seçkilərdə seçici fəallığı 97.27 faiz olub. Türkmənistan Mərkəzi Seçki Komissiyası qarşıdakı 7 gün ərzində səsvermənin nəticələrini açıqlayacaq.

***
(12:56)

Fevralın 12-də Türkmənistanda prezident seçkiləri keçirilir. Ölkə üzrə 2578 seçki məntəqəsində səsvermə prosesi davam edir. Daha 39 məntəqə isə Türkmənistanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində fəaliyyət göstərir.

Yerli vaxtla səhər saat 7-də başlayan səsvermə prosesi saat 19-a qədər davam edəcək. Artıq seçki məntəqələrində seçicilərin 51,45 faizi səsvermə hüququndan istifadə edib.

Bu dəfə dövlət başçısı 7 il müddətinə seçilir. Prezident vəzifəsinə 9 namizəd qeydə alınıb. Onlardan üçünün namizədliyi Türkmənistanın tarixində ilk dəfə olaraq, siyasi partiyalar tərəfindən irəli sürülüb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun nümayəndə heyəti, MDB-nin müşahidə missiyasının üzvləri, o cümlədən digər beynəlxalq müşahidəçilər məntəqələrdə səsvermənin gedişini izləyirlər. (Azərtac)

***
(08:00)

Türkmənistanda beşinci prezident seçkiləri başlayıb. Bugünkü seçki respublikanın 1991-ci ildə müstəqillik qazandıqdan sonrakı 26 ildə siyasi partiyalardan namizədlərin iştirak etdikləri ilk seçkilərdir.

Prezident postuna hazırkı dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov da daxil olmaqla, doqquz nəfər iddia edir. Səsvermə yerli vaxtla saat 7:00-dan 19:00-dək 2578 seçki məntəqəsində keçiriləcək.

Ölkənin seçki məcəlləsində seçkilərin baş tutmuş hesab olunması üçün seçici fəallığı həddi qoyulmayıb. Səslərin yarıdan çoxunu toplayan namizəd qalib hesab olunur. Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri haqqında məlumatı səsvermənin keçirildiyi vaxtdan ən geci yeddi gün sonra açıqlamalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti