Bir qrup ukraynalı hərbçi itkin düşüb

Bir qrup ukraynalı hərbçi itkin düşüb
  12 Fevral 2017    Oxunub:2000
Ukrayna Silahlı Qüvvələrinin bir qrup hərbçisi Luqansk vilayətində verilən tapşırığı yerinə yetirərkən itkin düşüb.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu “Ukrayna 112” telekanalının efirində “Mariupol” taktiki qruplaşmanın mətbuat nümayəndəsi Dmitri Zavtonov bildirib.

“Bir qrup hərbçi ön xətdə müşahidə ilə bağlı tapşırığı icra edərkən itkin düşüb”, - deyə Zavtonov bildirib. İtkin düşənlərlə hələ ki əlaqə saxlamaq mümkün olmayıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti