Türkiyə İŞİD-ə ağır zərbə vurdu

Türkiyə İŞİD-ə ağır zərbə vurdu
  12 Fevral 2017    Oxunub:3704
Türkiyə Silahlı Qüvvələri “Fərat qalxanı” əməliyyatı çərçivəsində Suriyanın şimalında İŞİD terror təşkilatının 174 obyektinə zərbə endirib.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, zərbələr nəticəsində son sutka ərzində eyni zamanda 42 İŞİD üzvü zərərsizləşdirilib.

Qeyd edək ki, Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb. Əməliyyat çərçivəsində Suriyada 1875 kvadrat metr ərazi terrorçulardan təmizlənib, 2000-dən çox silahlı zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti