Rusiya ilə ABŞ arasında dialoq başlayıb

Rusiya ilə ABŞ arasında dialoq başlayıb
  12 Fevral 2017    Oxunub:1941
"Moskva artıq Tramp administrasiyası ilə dialoqa başlayıb. Onun administrasiyası tam formalaşdıqdan sonra dialoq daha da intensivləşəcək".

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın NTV telekanalına müsahibəsində bildirib. Lavrov deyib ki, ABŞ-ın dövlət katibi Reks Tillersonla yaxın vaxtlarda əlaqə qurmağı planlaşdırır.

XİN rəhbəri ABŞ dövlət katibi ilə Ukraynadakı vəziyyət, digər beynəlxalq məsələlər və ikitərəfli münasibətlərdəki məsələləri müzakirə etməyi düşünür.

Lavrovun sözlərinə görə, Rusiya "Normand dördlüyü" çərçivəsində də səyləri aktivləşdirməyə hazırdır. Nazir bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamenti ilə işgüzar əlaqələri dəstəkləyir. Ancaq bu əlaqələrin yaradılması üçün yeni komandanın başlıca təyinatları etməsini gözləyir.

AzVision.az



Teqlər:





Xəbər lenti