Türkiyədən İrəvana mesaj: `İşğalı dayandırın, sərhədləri açaq`

Türkiyədən İrəvana mesaj: `İşğalı dayandırın, sərhədləri açaq`
  13 Fevral 2017    Oxunub:2179
Türkiyənin nəqliyyat, dənizçilik, kommunikasiya naziri Əhməd Arslan Qarsda keçirdiyi görüşdə Türkiyə-Ermənistan münasibətlərindən danışıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Ermənistanla sərhədlərin bağlı olduğuna görə təəssüfləndiyini bildirib:

“Təəssüf ki, Ermənistanla sərhədlər bağlanıb. Amma bunun bir şərti var. Ermənistan Dağlıq Qarabağdakı işğala son qoymalı və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. O zaman sərhədləri açarıq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti