Sevgililər günü qadağan olundu – Məhkəmə qərarı

Sevgililər günü qadağan olundu – Məhkəmə qərarı
  13 Fevral 2017    Oxunub:198502
İslamabad Ali Məhkəməsi Pakistan ərazisində Müqəddəs Valentin günü – Sevgililər gününü qadağan edib.
AzVision.az RİA "Novosti"yə istinadən xəbər verir ki, məhkəmə bu qərarı Sevgililər gününün İslam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib.

Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeydetmək qadağandır. Eyni zamanda, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan edilib.

Qeyd edək ki, Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti