`Ağanatiq` `Park Cinema Masallı`da sevənləri ilə görüşdü - FOTOLAR

`Ağanatiq` `Park Cinema Masallı`da sevənləri ilə görüşdü - FOTOLAR
  13 Fevral 2017    Oxunub:7547
Həftə sonu “Ağanatiq” filminin sevilən aktyorları “Park Cinema Masallı”da imza günü keçirib.
AzVision.az xəbər verir ki, Cabir İmanov, Azər Məmmədzadə, Ələkbər Əliyev və digərləri ilk öncə “ASAN Həyat” kompleksi ilə tanış olub, daha sonra isə pərəstişkarları ilə görüşüb, birlikdə film izlədilər.



Qeyd edək ki, ötən ilin payız aylarından Masallıda yerləşən “ASAN Həyat” kompleksində “Park Cinema” şəbəkəsinə daxil olan daha bir kinoteatr fəaliyyətə başlamışdır və bu günə qədər müxtəlif aktyorların və tanınmış şəxslərin iştirakı ilə tədbirlər həyata keçirilmişdir.

Kinoteatrdan əlavə, kompleksdə ASAN Xidmət, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, “ASAN Brend” dükanı və “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyət göstərir.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti