İsa Qəmbər Kərimliyə cavab verməkdən boyun qaçırdı

İsa Qəmbər Kərimliyə cavab verməkdən boyun qaçırdı
  23 Avqust 2013    Oxunub:1090
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dünən Azadlıq Radiosunun “İşdən Sonra” proqramında çıxış edərkən bildirmişdi ki, o İsa Qəmbərin namizədliyini dəstəkləyə biləcəyini dediyi halda belə, müsavatçılar onun partiyanın başqanı ilə probleminin olduğunu iddia edirlər: “Mənim İsa bəylə heç bir problemim yoxdur, amma çox maraqlıdır, mən “İsa bəy Milli Şuranın vahid namizədi olmaq istəsə, mən onu dəstəkləyə bilərəm, ancaq gərək digər partiya üzvləri də İsə bəyin namizədliyini dəstəkləsinlər” deyə bir bəyanat verdiyim halda, İsa bəy mənim haqqımda belə söz deyibmi? İsa Qəmbər deyibmi ki, birdən digər partiyalar Əli Kərimlini müdafiə etsələr, Müsavat Partiyası hazırdırmı AXCP sədrini dəstəkləməyə? Bu açıqlamanı olduğu kimi mənə qaytarmaq olarmı?”

Əli bəyin açıq qalan sualına aydınlıq gətirmək üçün FaktXeber.com saytı Müsavat başqanı İsa Qəmbərlə əlaqə saxlayıb. Müsavat başqanı bildirib ki, hal-hazırda Milli Şurada müstəqil ziyalılardan birinin vahid namizədliyi məsələsi müzakirə edildiyinə görə, hər hansı bir siyasi partiya liderinin namizədlik mövzusu aktual deyil.


Teqlər:  





Xəbər lenti