`Sarkisyan hakimiyyəti son günlərini yaşayır` - Ovanisyan

`Sarkisyan hakimiyyəti son günlərini yaşayır` - Ovanisyan
  13 Fevral 2017    Oxunub:2573
“Biz birlikdə Ermənistanın müstəqilliyi və azadlığını qaytarmalıyıq”.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu “İrs” Partiyasının lideri Rafi Ovanisyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Partiya liderinin sözlərinə görə, Ermənistanın qarşısında duran çağırışlar o qədər ciddidir ki, “İrs” və “Birlik” partiyaları, həmçinin Ermənistanda keçmiş müdafiə naziri Seyran Ohanyan parlament seçkilərində birgə iştirak edəcək: “Hər şeyi edəcəyik ki, “İrs”in vətəndaş, azadlıq naminə mübarizəsi uğurla nəticələnsin. Əminəm ki, bu qanunsuz hakimiyyət son günlərini yaşayır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti