Mitinq zamanı terror törədildi: 16 ölü, 82 yaralı var (Yenilənib)

Mitinq zamanı terror törədildi: 16 ölü, 82 yaralı var (Yenilənib)
  14 Fevral 2017    Oxunub:3099
Pakistanın Lahor şəhərində baş verən güclü partlayış 16 nəfərin həyatına son qoyub.

“RİA Novosti” xəbər verir ki, hadisə nətiəsində 82 nəfər yaralanıb.

Partlayış şəhərin mərkəzi meydanlarının birində mitinq keçirilən zaman törədilib. Hadisə yerinə çoxlu sayda xilasedicilərin cəlb olunduğu məlumat verilib.

***
(19:37)

"Taliban" radikal cərəyanının "Camaat-ur-Əhrur" qolu Pakistanın Lahor şəhərinda baş vermiş partlayışın məsuliyyətini öz üzərinə götürüb.

Qeyd edək ki, bu gün Pakistanın Lahor şəhərində baş verən güclü partlayış 16 nəfərin həyatına son qoyub. Hadisə nətiəsində 30-dan çox adam yaralanıb.

Partlayış şəhərin mərkəzi meydanlarının birində mitinq keçirilən zaman törədilib.

***
(18:33)

Pakistanın Laxor şəhərinin Pəncab əyalətində Feyzal meydanında keçirilən mitinq zamanı güclü partlayış olub.

AzVision.az-ın “Assosiated Press”ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 16 nəfər ölüb, 40 nəfər yaralanıb.

Qeyd olunub ki, üzərində partlayıcı qurğu olan şəxs motosikletini etirazçıların üzərinə sürüb və özünü onların arasında partladıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti