Ohanyan Sarkisyanın siyasi məhbus yalanını ifşa etdi

Ohanyan Sarkisyanın siyasi məhbus yalanını ifşa etdi
  13 Fevral 2017    Oxunub:3552
Ermənistanın keçmiş müdafiə naziri, hazırda müxalifətə qoşulan Seyran Ohanyan Sarkisyan hakimiyyətini ifşa etməyə başlayıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ohanyan keçmiş məmur yoldaşlarının ölkədə guya siyasi məhbusların olmaması haqda yalanlarını üzə çıxarıb.

Keçmiş nazir jurnalistlərin "Ermənistanda siyasi məhbus varmı?" sualına "əlbəttə, var"-deyə cavab verib.

Ohanyan Ermənistanda siyasi məhbusların olduğunu desə də, bu haqda ətraflı danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Seyran Ohanyan nazir postundan çıxarılandan sonra prezident Serj Sarkisyan hakimiyyətinə qarşı müxalif mövqe sərgiləyir. O, apreldə keçirilməsi planlaşdırılan parlament seçkilərində ölkənin aparıcı müxalifət birlikləri ilə birgə mübarizə aparacaq.

Rüstəm İsmayılov
AzVision.az


Teqlər:





Xəbər lenti