`Məni edam edin, peşman deyiləm` - `Reina` terrorçusu

`Məni edam edin, peşman deyiləm` -  `Reina` terrorçusu
  14 Fevral 2017    Oxunub:5817
Yeni il gecəsi İstanbulun "Reina" klubunda 39 nəfəri öldürən terrorçu Abdulqədir Maşaripov edam olunmasını tələb edib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Maşaripov ifadəsində törətdiyi qətliama görə peşman olmadığını deyib.

"Türkiyə əleyhinə hərəkət etmədim. Peşman da deyiləm. Qisas aldığımı düşünürəm. Xristianlardan intiqam almaq üçün onların bayramında bu hadisəni törətdim. Məqsədim xristianları öldürmək idi. Məni edam etsinlər. Bu daha yaxşı olar"-deyə terrorçu vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti