Rusiyaya etiraz notası verildi - Diplomatik qalmaqal

Rusiyaya etiraz notası verildi - Diplomatik qalmaqal
  14 Fevral 2017    Oxunub:2954
Yaponiya hökuməti hər iki ölkənin iddia etdiyi Kuril adalarının 5-nə adların verilməsi ilə bağlı Rusiyaya rəsmən etiraz bildirib.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirib.

“Bu, Yaponiyanın mövqeyinə mövqeyinə zidd və qəbuledilməzdir. Biz diplomatik kanallar vasitəsilə Rusiyaya etiraz notası təqdim etmişik”, - deyə Suqa vurğulayıb.

Qeyd edək ki, Rusiyanın baş naziri Dmitri Medvedev Kuril adalarının adların verilməsi barədə sərəncam imzalayıb.

Adalar üzərində nıəzarət İkinci Dünya Müharibəsinin sonunda Sovet İttifaqına keçib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti