Milli Şuranın iclası başa çatdı-YENİLƏNİB

 Milli Şuranın iclası başa çatdı-YENİLƏNİB
  23 Avqust 2013    Oxunub:1356
Müsavat Partiyasının qərargahında Milli Şuranın sessiyası başlayıb. İclas mətbuat üçün açıqdır.
.....
Sessiya dövlət himninin oxunması və mərhum prezident Əbülfəz Elçibəyin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Milli Şuranın 79 üzvi qeydiyyatdan keçib. Sessiyaya Müsavat başqanı İsa Qəmbər sədrlik edir. Partiya sədri iclası açıq elan edərk bildirib ki, toplantıda yalnız ikinci vahid namizədin seçilməsi məsələsi müzakirə olunacaq .

Daha sonra Milli Şuraya daxil olan partiya liderləri sessiyada çıxış ediblər.

ACP sədri Sülhəddin Əkbər deyib ki, bu gün Milli Şuranın tarixində mühüm bir gündür: “Ayın 12- də təşəbbüs qrupunu yaratdıq . Rüstəm bəyə qarşı əsas iddia o idi ki, onun gəlməsinə mane yarana bilər. Rüstəm bəy məktub yazdi ki, Milli Şura proseslərdən kənar qalmasın deyə başqa namizəd seçilsin. Əsas olan bizim dərk edərək qərar verməyimizdir. Bu gün yeni vahid namizəd irəli sürürüksə, bu Milli Şuranın konsepsiyasının üzərindən qırmızı xətt çəkmək deməkdir. Milli Şura sədri gördü ki, ona inanmırlar. Rüstəm bəy də yoruldu və dedi ki, namizəd seçin. Cəmil müəllimi tapdılar ki, öz simalarını qorusunlar və seçki prosesindən kənarda qalsınlar. Mən toplantıda da partiya sədrlərinə sual verdim ki, niyə siz seçkidə iştirak etmirsiniz? ACP bu gün yeni namizədlə bağlı səsvermə keçirələcəksə, onda iştirak etməyəcək`.

ALP sədri Əvəz Temirxan :

` Yaxşı ki, Rüstəm bəy var imiş. Azərbaycanı idarə etmək iddiasında olan, bir araya gələ bilməyən siyasiləri bir yerə yığdı. Qısa müdətdən sonra məlum odu ki, sən demə qatar başqa yerə gedirmiş. Biz bu gün ziyalılar adından namizəd olmağa kim razı olubsa ona təşəkkür edirik ki, həm Milli Şuranı, həm də bizi qoryur. Biz onun namizədliyinin lehinə səs verəcəyik. Çünki üzərimizdə məsuliyyət var. Bilənlər bilir ki, Lalə Şövkət deyirdi ki, kim axıra qədər davam edəcəksə, əzimlidirsə onu dəstəkləyək, onunla yola davam edək. Reytinq səs verməsi ilə belə qərar qəbul olundu ki, vahid namizədlə seçkidə iştirak edək. Əgər reytinq səs verməsi ilə biz ehtiyat vahid namizədlə yoxsa bir neçə namizədlə getmək seçimlərindən ehtiyat vahid namizəd daha çox səs aldısa deməli axıra qədər də bu firkin üstündə durmalıyıq. Ona görə də siyasilərdən də kimin namizəd olacağı reytinq səsvemrəsi ilə seçilməlidir.
Alp üzvləri Rüstəm bəyin verəcəyi namizədə səs verəcək, onu dəstəkləyəcək`.

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov

`İki gün ərzidnə müzakirə etdik və qərara gəldi ki, bu gün sessiyanı çağıraq. Bu gün vacib bir qərar qəbul olunacaq. Bu gün səs verəcəyimiz insana təkcə hüququqi mandat verməli deyil, eyni zamanda siyasi legitimlik mandatı verməliyik. Fərqi yoxdur kimin kimlə münasibəti necədir. Xahiş eidrəm ki hamı şəxsi maraqları bir kənara qoyub ən çox səs toplaya biləcək namizədə səs verisn`.
.......
Daha sonra iclasda Rüstəm İbrahmibəyovun Milli Şuraya müraciəti oxundu:

`Ehtiyat vahid namizəd Cəmil Həsənli olsun.
Milli Şuranın namizədi vətənpərvər, Azərbaycanın tarixini bilən, demokratik bir şəxs olmalıdır. Hesab edirəm ki tarixçi Cəmil Həsənli bütün bu tələblərə uyğundur. Ona görıə də Milli Şura üzvlərinə üz tutaraq onların Cəmil Həsənlinin ehtiyat vahid namizəd kimi seçilməsinə dəstək verməsini xahiş eidrəm`.
....
AXCP -nin sədri Əli Kərimli:
-Mİlli Şura böyük bir koalisiyadır. Hər millətin yarada bilmədiyi bir koalisiyadır. Milli Şurada 6 partiyadan 5-i səs verəndə də, vətəndaş cəmiyyətinin ziyalıların mövqeyi o qədər güclüdür ki, bu qəra r halına düşməyə bilir. Bu o deməkdir ki, Milli Şura partiyaların biriliyi deyil, demorkatik qüvvələrin birliyidir. Rüstəm bəyin namizədliyini irəli sürdüyü Cəmil Həsənli bu iş üçün tamamilə uyğun olan insanlardan biridir. Azərbaycanı dünyada tanıdan alimlərdən biridir. Elçibəyin müşaviri olub. Milli Şuranın vahid namizədi ətrafında səfərbər olacağımız təqdirdə Azərbaycan xalqının köməyi ilə uğur qazanmaq imkanımız var. Millətimiz dövlətimiz üçün xeyirli uğurlu olsun`.
...
Daha sonra R.İbrahimbəyovun C.Həsənlinin namizədliyini irəli sürməsi təklifi səsə qoyulub.
.....
Cəmil Həsənli isə bildirb ki, Rüstəm İbrahimbəyovun təklifi ilə razıdır.O çıxışında bildirib ki, :

`Mənim vicdanım qəbul etmədi. Mən Rüstəm bəydən daha çox müxalifətçi olmuşam. O ziyalı kimi gəlsin bu düşərgədə olsun mən olmayım. Bunu özümə icazə vermədim. Bu gün də hesab edirəm ki, hakimiyyət məsələsi kitab yazmaq qədər asan deyil. Bunun ağırlığı, məsuliyyəti var. Milli Şuranın sədri Rüstəm bəyin təkidli xahişlərini, Mili Şurada təmsil olunan dostlarımın mənimlə bölüşəcəyini, buna vəd verdiklərini nəzərə alıb bu missiyanı yerinə yetirmək qərarına gəldim`.
...
Hazırda səsvermə başlayıb.
...
Milli Şuranın bu günkü toplantısında iştirak edənlərin sayı dəqiqləşdirildi. 75 nəfər səsvermədə iştirak edir.
...
73 nəfər lehinə, 1 nəfər əleyhinə,1 nəfər isə bitərəf olmaqla Cəmil Həsənli ehtiyat vahid namizəd oldu.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti