`Qalatasaray`a yeni baş məşqçi təyin olunub
AzVision.az-ın məlumatına görə, “Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudor klubun yeni baş məşqçisi olub.
“Qalatasaray”ın İ. Tudorla 1,5 illik müqavilə imzalayacağı bildirilir.
“Karabükspor” klubunun prezidenti Hikmət Firudun isə qərarı etirazla qarşılayıb: “Həm baş məşqçi, həm də “Qalatasaray” səhv edir. Bu hərəkət etik deyil”.
Qeyd edək ki, “Qalatasaray”ın Türkiyə Super Liqasının son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinklə yollarını ayırıb.
Kənan Məmmədov
AzVision.az