Əsgərlər 100-ə yaxın insanı gülləbaran edib

Əsgərlər 100-ə yaxın insanı gülləbaran edib
  15 Fevral 2017    Oxunub:1491
Son beş gündə Konqo Demokratik Respublikasında milli ordunun əsgərləri Kamvin Nsapu tayfasından olan, ən azı 100 nəfəri, o cümlədən 39 qadını qətlə yetiriblər.
Bu barədə çərşənbə axşamı Cenevrədə keçirilən brifinqdə BMT ali komissarının İnsan Haqları üzrə İdarəsinin mətbuat katibi Liz Trossel məlumat verib.

Faciəvi hadisələr 9-13 fevral tarixləri aralığında ötən ilin avqustunda ölən yerli tayfa başçısı Kamvin Nsapu tərəfdarları ilə ordu arasında toqquşmalar zamanı baş verib. Tayfa həmin rəhbərin adını daşıyır.

Onun sözlərinə görə, əsgərlər maçete və nizə ilə silahlanmış üsyançı qruplara nizamsız şəkildə atəş açıblar.

Silahlı toqquşma Tşimbulu şəhəri və onun qəsəbələrində baş verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti