`Barselona` darmadağın oldu - Video

`Barselona` darmadağın oldu - Video
  15 Fevral 2017    Oxunub:5209
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

AzVision.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Günün ən maraqlı qarşılaşması Parisdə keçirilib. “PSJ” öz meydanında “Barselona”nı darmadağın edib. Qarşılaşma parislilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.



Digər görüşdə isə “Benfika” öz evində “Borussiya”nı 1:0 hesablı məğlubiyyətə uğradıb.



Qeyd edək ki, 1/8 final mərhələsinin digər iki oyunu bu gün keçiriləcək. “Bavariya” öz meydanında “Arsenal”ı qəbul edəcək. “Real” isə “Santyaqo Bernabeu”da “Napoli” ilə münasibətlərə aydınlıq gətirəcək.

15 fevral

Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar

23:45. “Bavariya” (Almaniya) - “Arsenal” (İngiltərə)

23:45. “Real” (İspaniya) - “Napoli” (İtaliya)


Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti