“İsa Qəmbərin Yeni Müsavata təsiri sıfırdır”

“İsa Qəmbərin Yeni Müsavata təsiri sıfırdır”
  23 Avqust 2013    Oxunub:1075
Milli Şuranın üzvü Eldəniz Quliyev “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun Milli Şuranın təcili buraxılması təklifinə münasibət bildirib.

O,Rauf Arifoğlunun bu cür mövqedən çıxış etməsinə təəssüfləndiyini deyib: “İsa Qəmbərin Yeni Müsavat qəzetinə təsiri sıfıra bərabərdir.Hesab etmirəm ki, indi “Yeni Müsavat” qəzeti İsa Qəmbərin mövqeyini əks etdirsin. Əgər İsa Qəmbər də bu qəzetin mövqeyi ilə eyni mövqedən çıxış edirsə, o zaman mənim “Yeni Müsavat” haqqında dediyim fikirlər həm də İsa Qəmbər aiddir”.

Xatırladaq ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mətbuata açıqlamasında Milli Şuranın böhrandan çıxış yolunu göstərib: “Mənim təklifim budur ki, Milli Şura özünü təcili buraxsın, yaratdığı siyasi tıxacı açsın. Milli Şura qaldıqca ənənəvi müxalifət düşərgəsindən kimsə namizədliyini verə bilməyəcək”.(publika)


Teqlər:  





Xəbər lenti