Rusiya XİN-dən növbəti Qarabağ açıqlaması
"Bu barədə məlumat olan kimi bildirəcəyik", - deyə Rusiya XİN rəsmi nümayəndəsi bildirib.
Zaxarova Ermənistan tərəfinin Dağlıq Qarabağda "referendum" planlaşdırması barədə suala cavab verərkən qeyd edib ki, bu problem yaxın vaxtlarda Ermənistan XİN rəhbərinin Moskvaya səfəri zamanı müzakirə olunacaq: “Onu da bildirmək istəyirəm ki, qısa müddət ərzində azərbaycanlı həmkarlarımızla da təmas planlaşdırılır. Bu səviyyədə də Dağlıq Qarabağ mövzusu müzakirə olunacaq. Məlum məsələ ilə bağlı reaksiyamızı isə daha sonra bildirəcəyik".
Eldar Tanrıverdiyev
AzVision.az