Prezident Zaqatalaya 2 milyon manat ayırıb

Prezident Zaqatalaya 2 milyon manat ayırıb
  23 Avqust 2013    Oxunub:1056
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamda deyilir ki, Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərara alınır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti