Tramp İranla imzalanmış `nüvə sazişi`ni pisləyib

Tramp İranla imzalanmış `nüvə sazişi`ni pisləyib
  16 Fevral 2017    Oxunub:1268
ABŞ nüvə silahı əldə etməməsi üçün İrana qarşı yeni tədbirlər görmək niyyətindədir.

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Biz artıq İrana qarşı yeni sanksiyalar tətbiq etmişik. İranın nüvə silahı əldə etməməsi üçün bundan sonra da tədbirlər görüləcək. Mən indiyədək “altılıq” ölkələri ilə İran arasındakı kimi pis razılaşma görməmişəm”, - deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti