Alman maşını `Arsenal`ı darmadağın etdi - VİDEO

Alman maşını `Arsenal`ı darmadağın etdi - VİDEO
  16 Fevral 2017    Oxunub:4186
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir.

AzVision.az-ın məlumatına görə, növbəti oyun günündə daha iki qarşılaşma baş tutub.

Öz meydanında “Arsenal”ı qəbul edən “Bavariya” 5:1 hesabı ilə rəqibini diz çökdürüb.



“Real” isə “Santyaqo Bernabeu”da “Napoli”ni sınağa çəkib. Qarşılaşma "Real"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.



Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları fevralın 21-22-də keçiriləcək.

21 fevral

“Bayer Leverkuzen” (Almaniya) - “Atletiko” (İspaniya)

“Mançester Siti” (İngiltərə) - “Monako” (Fransa)

22 fevral

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya)

“Sevilya” (İspaniya) - “Lester” (İngiltərə)


Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti