Xalq artistinin səhhəti pisləşib

Xalq artistinin səhhəti pisləşib
  24 Avqust 2013    Oxunub:1334
Tarzən, xalq artisti Ramiz Quliyevin səhhətində problem yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə Axşam.az saytına söhbətində sənətçinin özü məlumat verib: “Xəstəliyimin nə olduğunu demək istəmirəm. Əsas odur ki, böyük problem deyil. Avstraliyaya müayinəyə getmişdim. Müalicə ilə sağalmağın mümkün olacağını dedilər. Yaxın günlərdə yenidən xaricə yollanacam”.

Tarzən həmçinin bildirib ki, ailəsi ilə birgə yenicə istirahətdən qayıdıb: “Bu yay ailəmlə birlikdə Türkiyəyə dincəlməyə getmək istəyirdik. Amma hesabladıq ki, 6 min manata yaxın pul lazımdır. Üstəlik cibimizə də ən azı 2 min manat qoymalıydıq. Maddi imkanımız çatmadığından səyahəti təxirə salmaq istədik. Bir dostum bu istəyimdən xəbər tutub, istirahəti mənə və ailəmə hədiyyə etdi. Övladlarım və nəvələrimlə Bodruma gedib, on gün dincəldik. Dostum dedi ki, bunu sənə bağışlayıram. Yaxşı dincəl ki, bizim üçün gözəl mahnılar ifa edə biləsən”.

AzVision.az


Teqlər:





Xəbər lenti