Fatih Terim yenidən millini çalışdıracaq

Fatih Terim yenidən millini çalışdıracaq
  24 Avqust 2013    Oxunub:1591
Türkiyənin Futbol üzrə milli yığması və Qalatasaray futbol klubunun baş məşqçisi Fatih Terim milli yığmadakı fəaliyyətini may ayına qədər davam etdirəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Terim jurnalistlərə açıqlamasında milli yığmadakı köməkçisinin də kim olacağını açıqlayıb.

Baş məşqçi vurğulayıb ki, Qalatasaraydan heç bir halda ayrılmayacaq: “Qalatasaray mənim ailəmdir. Demişəm ki, Qalatasaraydan heç bir halda ayrılmayacam. Verdiyim qərarla bağlı tənqidləri oxuyuram. Heç kim bizim ədalətli və çalışqan olacağımızdan şübhə etməsin”.

F.Terim qeyd edib ki, mühüm olan Qalatasaraydır: “ Köməkçim Həmzə Həmzəoğlu olacaq. Bunu ilk dəfə mən açıqlayıram. O özü də Akhisarla işləməyə davam edəcək. Ötən gün gündəmimiz milli yığma idi. O bitdi. Bu gün gündəmimiz Qalataraydır. Bizimlə çalışan hər kəsə təşəkkür edirik. Əvvəlcə Ujfalusi geetdi, yola saldıq. Elmanderi də hamımız birlikdə yola salacağıq”.

Fatimə


Teqlər:  





Xəbər lenti