`Putinin sənədlərimə qol çəkəcəyinə inanmıram`

`Putinin  sənədlərimə qol çəkəcəyinə inanmıram`
  24 Avqust 2013    Oxunub:939
“Səmimi deyim ki, indiki vəziyyətdə Putinin mənim sənədlərimə qol çəkəcəyinə inanmıram”

Bunu Milli Şuranın sədri, qurumun prezidentliyə namizədi Rüstəm İbrahimbəyov “Media forum” saytının suallarını cavablandırarkən deyib.

`Milli Şura iyulun 2-də vahid namizəd olmağımı təsdiqlədi. İyulun 8-də Rusiya vətəndaşlığından çıxmaqla bağlı müraciət etdim. Beş-altı gün ərzində bilmirdim ki, konkret hara müraciət etmək olar. Vətəndaşlıq məsələsinə aidiyyəti olan çox idarə var, amma yalnız birində bu məsələyə baxırlar. Oradan mənə bildirdilər ki, ərizəni qəbul etmək üçün başqa sənədlər də lazımdır. Rusiyanın daxili işlər və vergi orqanlarından Rusiya dövləti qarşısında heç bir öhdəliyimin olmadığını təsdiqləyən sənədlər almalıydım, bunu sənədlərlə sübuta yetirməliydim. Bu sənədləri yığmaq çox uzun vaxt aldı. Avqustun 12-də bütün sənədləri onlara çatdırdım. Ayın 13-də mənim ərizəmi qeydiyyata aldılar Müraciətimin qeydə alınmasından on gün keçib, hələ bir cavab yoxdur. Səmimi deyim ki, indiki vəziyyətdə Putinin mənim sənədlərimə qol çəkəcəyinə inanmıram`.



Teqlər:  





Xəbər lenti