`Məni kabinetimdə döydü` - Ohanyan etiraf etdi

`Məni kabinetimdə döydü` - Ohanyan etiraf etdi
  17 Fevral 2017    Oxunub:6702
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bu gün keçirdiyi mətbuat konfransında etiraf edib ki, 2005-ci ildə Qarabağ döyüşlərinin iştirakçısı Pavlik Manukyan onu döyüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

“Doğurdan da mənim iş kabinetimdə belə bir hadisə baş vermişdi. Şəxsi münasibətlər zəminində problemlər var idi və biz Pavlik Manukyanla bu barədə iş apardıq”, - deyə Ohanyan vurğulayıb.

O, qeyd edib ki, daha sonra onlar münasibətlərdəki gərginliyi aradan qaldıra biliblər.

Daha əvvəl İrəvanda polis bölməsinə hücum etməkdə günahlandırılan Pavlik Manukyan bəyan etmişdi ki, 2005-ci ildə Ohanyanı kabinetində döyüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti