100-dən çox silahlı məhv edilib

100-dən çox silahlı məhv edilib
  18 Fevral 2017    Oxunub:1530
Pakistanın Sexvan Şərif şəhərində törədilən terror aktından sonra son sutka hüquq-mühafizə orqanları tərəfindən ölkə ərazisində 100-dən çox terrorçu məhv edilib.

AzVision.az xəbər verir ki, bu haqda Pakistan silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pakistan-Əfqanıstan sərhədi boyu keçirilən əməliyyatlar zamanı terrorçu qruplaşmaların sığınacaqları dağıdılıb, xeyli terrorçu saxlanılıb.

Xatırladaq ki, son məlumata görə, terror aktı nəticəsində 88 nəfər həlak olub, 300-dən artıq insan yaralanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti