ABŞ prezidenti məşhur KİV-ləri `xalqın düşməni` adlandırdı

ABŞ prezidenti məşhur KİV-ləri `xalqın düşməni` adlandırdı
  18 Fevral 2017    Oxunub:1648
ABŞ prezidenti Donald Tramp bir sıra aparıcı mətbuat orqanlarını yalan xəbər dərc etdiyinə görə "xalqın düşməni" adlandırıb.
AzVision.az xəbər verir ki, Amerika prezidenti bu barədə “Twitter” hesabında yazıb: “Saxta xəbərləri (The New York Times, NBC, ABC, CBS, CNN) dərc edən KİV-lər mənim düşmənlərim deyil, onlar Amerika xalqının düşmənləridir”.

Qeyd edək ki, Donald Tramp saxta məlumatların yayılmasında Amerika KİV-ləri dəfələrlə ittiham edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti