Şanlıurfadakı terroru PKK törədib - 26 nəfər həbs edilib

Şanlıurfadakı terroru PKK törədib - 26 nəfər həbs edilib
  18 Fevral 2017    Oxunub:1653
Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayışı PKK terror təşkilatı törədib.
AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu vilayətin valisi Güngör Azim Dunay deyib.

Valinin sözlərinə görə, terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində 26 şübhəli saxlanılaraq həbs olunub.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa vilayətində törədilən terror aktında 2 nəfər ölüb, 18 nəfər yaralanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti