Merkel Putinlə barışmaq istəyir

Merkel Putinlə barışmaq istəyir
  18 Fevral 2017    Oxunub:2710
Soyuq müharibənin başa çatmasından sonra beynəlxalq ictimaiyyətin Rusiya ilə tam münasibətlər qurması mümkün olmayıb.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

Merkel bildirib ki, Rusiya ilə yaxşı münasibətlər qurulması naminə çalışacaq: “Son 25 ildə biz Rusiya ilə sabit münasibətlər qura bilməmişik. Axı, Rusiya Avropa İttifaqının sərhəd qonşusudur. Müəyyən suallarda müxtəlif baxışlarımızın olmasına baxmayara,q mən Rusiya ilə münasibətlərin yaxşılaşması üçün yorulmadan fəaliyyət göstərəcəyəm”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti