Cəmil Həsənlinin sənədləri hələ MSK-ya verilməyib

 Cəmil Həsənlinin sənədləri hələ MSK-ya verilməyib
  24 Avqust 2013    Oxunub:1242
Xəbər verdiyimiz kimi, Milli Şuranın prezidentliyə yeni ehtiyat namizədi Cəmil Həsənlinin sənədlərinin MSK-ya bu gün təqdim olunacağı gözlənilir. Təşəbbüs qrupun nümayəndəsi Gülağa Aslanlı ilə əlaqə saxlayaraq, sənədlərin təqdim edilib-edilmədiyini soruşduq.

Milli Şura üzvü sənədləri təqdim etmək üçün MSK-dan heç kimi tapa bilmədiklərini deyib: “Bu gün səhər açılandan bir neçə dəfə Mərkəzi Seçki Komissiyası (MSK) ilə əlaqə saxlamışıq. Ümumi şöbədən heç kimi tapa bilmirik ki, sənədləri aparıb təqdim edək. İndi sənədləri notariusdan təsdiq etdirib, gün ərzində mütləq təqdim edəcəyik”.(Yeni Müsavat)


Teqlər:  





Xəbər lenti