Mosulun qərbi İŞİD-dən azad edilir

Mosulun qərbi İŞİD-dən azad edilir
  19 Fevral 2017    Oxunub:1285
Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatlarına başlanılıb.

AzVision.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə İraqın Baş naziri Heydər əl-İbadinin ofisindən bildirilib.

Əl-İbadi əməliyyatlarda əsas məqsədin insanların xilas edilməsi olduğunu deyib.

Hərbi mənbələrin verdiyi məlumata görə, əməliyyat 3 cəbhədən həyata keçirilir. Ərazi dar küçələrdən ibarətdir. Həmçinin bu ərazidə 750 min insan yaşayır. Bütün bunlar isə əməliyyatın çətin keçəcəyini deməyə əsas verir.

AzVision.az


Teqlər:





Xəbər lenti