`Qarabağ` uduzdu, `Qəbələ liderliyə yüksəldi

`Qarabağ` uduzdu, `Qəbələ liderliyə yüksəldi
  20 Fevral 2017    Oxunub:2039
Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ” və "Qarabağ" komandaları qarşılaşıb.

Qəbələ şəhər stadionunda başlayan oyunu hakimlər Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov və Ömər Paşayev idarə edib. Qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçib. Qarşılaşmanın 29-cu dəqiqəsində “Qəbələ”nin futbolçusu Sergey Zeynov topu rəqib komandanın qapısından keçirərək hesabı açıb.

Görüşün 70-ci dəqiqəsində “Qəbələ”nin oyunçusu Filip Ozobiç komandasının ikinci topunu “Qarabağ”ın qapısından keçirib. Ağdam futbolçularının hesabı azaltmaq üçün ardıcıl hücumları nəticəsiz qalıb və oyun 2:0 hesabı ilə “Qəbələ”nin xeyrinə başa çatıb.

Qeyd edək ki, Premyer Liqanın XIX turu çərçivəsində fevralın 18-də “İnter” və “Zirə” oyunu 1:1, "Neftçi" və "Kəpəz" görüşü isə 0:0 hesabı ilə başa çatıb. Fevralın 19-da “Sumqayıt” və “AZAL” oyunu keçirilib və 1:0 hesabı ilə başa çatıb. Hazırda turnir cədvəlində “Qəbələ” və “Qarabağ” komandaları 42 xalla birinci və ikinci, “İnter” 33 xalla üçüncü yerdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti