`Human Rights House`-u ermənilər idarə edir
Onun sözlərinə görə, bu yanaşma tamamilə qərəzlidir, qeyri-obyektivdir və məqsədli şəkildə yayılmış məlumatdır: "Bu təşkilat və onun rəhbərliyində olan şəxslər müstəqil Azərbaycana və onun yürütdüyü siyasətə qarşı qara piar kampaniyasına qoşulub".
M.Qurbanlı bildirib ki, bu təşkilatın arxasında Azərbaycanla bağlı hadisələri qərəzli göstərmək istəyən dairələrin olduğunu görmək mümkündür: "Artıq təşkilatın rəhbərliyində erməni mənşəli şəxslərin olduğu da bəllidir. "Human Rights House" Şəbəkəsinin maliyyə işləri ilə erməni mənşəli şəxsin məşğul olduğu artıq cəmiyyətimizə məlumdur. Ümumilikdə isə, biz bu məsələlər ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, ölkəmiz böyük neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti tam müstəqil həyata keçirir və bizim xarici siyasətimizdəki mövqeyimiz ədalətə söykənir. Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir. Burada bir neçə amil var ki, onun başında erməni lobbisi dayanır. Erməni lobbisi nəyin bahasına olursa olsun, Azərbaycana qarşı qara piar kampaniyasına rəvac verir və bunu müxtəlif təşkilatlarda özünün nümayəndələrinin vasitəsilə həyata keçirməyə çalışır. Amma belə hərəkətlərlə Azərbaycana təzyiq etmək, ölkəmizin nüfuzuna ziyan vurmaq mümkün deyil".
AzVision.az