MSK Gülağa Aslanlının iddialarını təkzib etdi

MSK Gülağa Aslanlının iddialarını təkzib etdi
  24 Avqust 2013    Oxunub:1385
“Gülağa Aslanlının MSK-da sənədləri vermək üçün adam tapmaması yalandır. Bizə ya telefonla, ya da birbaşa müraciət olmayıb”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev Milli Şuranın təşəbbüs qrupunun katibi Gülağa Aslanlınının iddialarını cavablandırarkən deyib. O bildirib ki, səhər saatlarından MSK-nın bütün əməkdaşları işdədir: “ Bizə sənəd təqdim olunması ilə bağlı müraciət olmayıb. Gülağa Aslanlı özü MSK-nın üzvü olub, ona görə də mobil telefonlarımız onda var. İstəyəndə bizi tapa bilir. Əgər sənədlər hazır olsaydı bizə müraciət edərdi”.

Qeyd edək ki, Gülağa Aslanlı bu gün mətbuata açıqlamasında bildirib ki, o, Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənlinin sənədlərini MSK-uya təqdim etmək üçün bu quruma müraciət etsə də orada heç kim tapa bilməyib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti