Azərbaycanlılar İğdırda qəzaya düşdü - 6 ölü, 20 yaralı (VİDEO)

Azərbaycanlılar İğdırda qəzaya düşdü - 6 ölü, 20 yaralı (VİDEO)
  20 Fevral 2017    Oxunub:8116
İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Türkiyənin Azərbaycanla yeganə gömrük qapısı olan Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş verib. Qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını və jandarm sövq edilib. İğdır Valisi Əhməd Turgay Qəhrəman hadisə yerinə gəlib. Hazırda qəza nəticəsində nəqliyyat vasitələrində sıxılıb qalan yaralıların azad olunması istiqamətində işlər aparılır. Qəzaya səbəb yolun dumanlı olması göstərilir.

Azərbaycanın Qarsdakı Baş konsulluğundan AzVision.az-a verilən məlumata görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da var.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti