İğdırdakı qəzada 5 azərbaycanlı ölüb, 26-sı yaralanıb - Yenilənib

İğdırdakı qəzada 5 azərbaycanlı ölüb, 26-sı yaralanıb - Yenilənib
  20 Fevral 2017    Oxunub:2640
Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzası nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölən digər 3 nəfərin adı bəlli olub. Onlar avtobus sürücüsü Ali Karadağ (44) və Hüseyn Otan (38)dır.

Digər vəfat edən şəxs isə Türkiyə vətəndaşı TIR sürücüsü Okay Turan olduğu deyilir. Həmin şəxs TIR-nı Naxçıvanda saxlayaraq Türkiyəyə avtobusla gedirmiş. Hazırda azərbaycanlıların şəxsiyyəti müəyyənləşdirilir.

***
(13:40)

İğdır-Naxçıvan avtomobil yolunda, Dilucu sərhəd keçid məntəqəsinin yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində 26 Azərbaycan vətəndaşı xəsarət alıb.

Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, qəza nəticəsində 8 nəfər ölüb:

“Hazırda Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğu ölənlər arasında neçə nəfərin azərbaycanlı olmamasını araşdırır. Yaralılar Türkiyədə xəstəxanaya yerləşdirilib. Hazırda Azərbaycanın Qarsdakı baş konsulu və konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər. Baş konsul özü də xəstəxanadadır”.

Qeyd edək ki, İğdır-Naxçıvan avtomobil yolunda iki sərnişin avtobusu toqquşub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti