`Tramp Güləni Türkiyəyə verə bilər` - ABŞ səfiri

`Tramp Güləni Türkiyəyə verə bilər` - ABŞ səfiri
  20 Fevral 2017    Oxunub:2391
“Hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən Türkiyəyə təhvil verilə bilər”.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Avropa Birliyindəki yeni səfiri Ted Malloch “NTV”yə açıqlamasında deyib.

Səfir Gülənin Türkiyəyə ekstradisiyasının mümkün ola biləcəyini vurğulayıb: “Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı bütün məlumatlara malikik. ABŞ ədalətli mühakimə aparıldıqdan sonra onu niyə təhvil verməsin ki? Bu insan niyə Türkiyəyə göndərilməsin? Mənə elə gəlir ki, bu, yeni hakimiyyətin çox diqqət göstərməli olduğu mövzudur. Obama administrasiyasında lazımi addımlar atılmamışdı.

Bu təşkilatın Klinton Fondu ilə bağı olduğu ittihamları irəli sürülüb. Tramp rəhbərliyinin Fətullah Güləni ekstradisiya edəcəyini düşünürəm. Türkiyə bizim NATO-dakı müttəfiqimizdir. Türkiyə son dərəcə önəmli strateji əlaqələrimiz olan bir ölkədir” - deyə əlavə edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti