`Məmmədyarov və Lavrovla görüşə hazıram` - Erməni nazir
“Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü barədə konkret razılaşma yoxdur. Münxen təhlükəsizlik konfransı çərçivəsində mənim ATƏT-in Minsk qrupunun həmsədrləri ilə, eləcə də Azərbaycanın xarici işlər naziri ilə görüşüm olub. Biz həmişə demişik ki, görüşlərə hazırıq. Əgər görüş üçün yer yoxdursa, bu bizim günahımız deyil”.
Nazir bildirib ki, həmsədrlərlə görüş zamanı sülh prosesinin irəliləməsində zəruri şəraitin yaradılması üçün səyləri davam etdirmək qərara alınıb: “Bu məqsədlə həmsədrlər yaxın həftələrdə regiona səfərə hazırlaşırlar”.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: