Cəmil Həsənlinin sənədləri MSK-ya aparılır

Cəmil Həsənlinin sənədləri MSK-ya aparılır
  24 Avqust 2013    Oxunub:1121
“Cəmil Həsənlinin sənədləri notariusda təsdiqlənib. Hazırda sənədlər MSK-ya aparılır”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı deyib.

O bildirib ki, təşəbbüs qrupunun sədri Gülağa Aslanlı sənədləri Mərkəzi Seçki Komissiyasına aparır.

G.Bayramlı MSK-da sənədləri təqdim etmək üçün əməkdaşın cavab verməməsinə də aydınlıq gətirib: “Biz səhər ümumi şöbə ilə əlaqə saxlamışdıq. Onlar telefona çox gec cavab verdilər. Ondan sonra isə problem olmadı, hər şey qaydasına düşdü”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti