Moskvada Qarabağ danışıqları başlayır - Əvvəl Nalbandyan, sonra Məmmədyarov

Moskvada Qarabağ danışıqları başlayır - Əvvəl Nalbandyan, sonra Məmmədyarov
  22 Fevral 2017    Oxunub:4686
Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə günü Moskvada erməni həmkarı Edvard Nalbandyanla görüşəcək.

AzVision.az TASS-a istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəklər.

Məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə xüsusi önəm veriləcək.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da Rusiyaya səfəri planlaşdırılır. Rusiya XİN-in yaydığı məlumata görə, bu məsələ Lavrovun müavini Qriqori Karasinlə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu arasında keçirilən görüşü zamanı müzakirə olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti