`Cəmil Həsənlinin sənədlərinə 5 gün ərzində baxılacaq`

`Cəmil Həsənlinin sənədlərinə 5 gün ərzində baxılacaq`
  24 Avqust 2013    Oxunub:1232
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev AzVision.az-a açıqlamasında Cəmil Həsənlinin sənədlərinin MSK-ya təqdim olunmasını təsdiqləyib :`Bir az əvvəl Cəmil Həsənlinin sənədləri bizə təqdim olundu. Seçki məcəlləsinin tələblərinə uyğun olaraq, sənədlərə 5 gün ərzində baxılacaq`

Qeyd edək ki, Milli Şuranın Təşəbbüs Qrupunun səlahiyyətli nümayəndəsi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Cəmil Həsənlinin sənədlərini MSK-ya təqdim edib.

O bildirib ki, MSK-ya Təşəbbüs Qrupu üzvlərinin 150-yə yaxın imza nümunəsi və müvafiq sənədlər təqdim edilib.


Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti