ATƏT sədri BMT-də Qarabağdan danışdı

ATƏT sədri BMT-də Qarabağdan danışdı
  23 Fevral 2017    Oxunub:2137
"Avstriya Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər münaqişələrdə irəliləyiş əldə olunması üçün bütün səyləri dəstəkləyəcək".

AzVision.az xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri, ATƏT-nın hazırkı sədri Sebastyan Kurts BMT Təhlükəsizlik Şurasının çıxışında bildirib.

“Avstriya Dnestryanı, Gürcüstanda və Dağlıq Qarabağdakı münaqişələrdə irəliləyişin əldə olunması istiqamətində bütün səyləri dəstəkləyəcək. Avstriya ATƏT-də sədrliyə çox çətin məqamda başlayıb. Hara baxırsan, sülh və təhlükəsizliyə qarşı ağır təhdidləri görürsən”, – deyə Kurts vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti