Erməni əsgər Qarabağda təxribata əl atdı, özü öldü (Yenilənib)

Erməni əsgər Qarabağda təxribata əl atdı, özü öldü (Yenilənib)
  23 Fevral 2017    Oxunub:12093
Qarabağda müqavilə əsasında xidmət aparan Qor Frunzik Xudinyanın ölümü ilə bağlı yeni detallar məlum olub.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Xudinyan ötən gün Azərbaycanın mövqelərini atəşə tutarkən əlindəki silahın partlaması nəticəsinə ölüb.



***
(10:27)

Dağlıq Qarabağda erməni hərbçi ölüb.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən, fevralın 23-də saat 00:45 radələrində müqavilə əsasında xidmət edən hərbçisi 1991-ci il təvəllüdlü Qor Frunzik Xudinyanın naməlum şəkildə ölmüş meyiti tapılıb

Hazırda faktla bağlı araşdırma aparılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti