Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi

Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi
  23 Fevral 2017    Oxunub:46272
Ermənistanın paytaxtı İrəvanda insident baş verib.

AzVision.az xəbər verir ki, fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi “Opel Astra” markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub.

Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub. Ona 8 dəfə atəş açılıb.

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti